Sizin reklam burada
Sizin reklam burada

Rusiyada hücum: 5 kater yandırıldı

Rusiyada hücum: 5 kater yandırıldıRusiyanın Primorye bölgəsində naməlum şəxslər istirahət mərkəzinə hücum ediblər.

Bu barədə Daxili İşlər Nazirliyinin müvafiq regional idarəsindən informasiya yayılıb.

“Polisə naməlum şəxslərin Andreyevka kəndindəki istirahət mərkəzinə hücumu barədə məlumat daxil olub. Bu şəxslər mühafizə əməkdaşına xəsarət yetirərək, ərazidəki 5 kateri yandırıblar. Zərərçəkənə dəymiş ziyanın məbləği 6 milyon rubldan artıqdır”, - polisdən bildirilib.

Polis faktla bağlı cinayət işi açıb, araşdırma başladılıb.

  • Sosial şəbəkədə paylaş