Sizin reklam burada
Sizin reklam burada

Çində ataları müxtəlif olan əkiz dünyaya gəldi

Çində ataları müxtəlif olan əkiz dünyaya gəldiÇinin Fuçzyan əyalətində yaşayan qadın fərqli atalardan əkiz oğlan dünyaya gətirib.

Bu barədə “Deyli Meyl” nəşri yazıb.

Məlumata görə, uşaqların polis bölməsində qeydiyyata alınması zamanı DNT analizi keçirilib. Analiz zamanı qadının həyat yoldaşının əkizlərdən yalnız birinin atası olduğu ortaya çıxıb. Qadının həyat yoldaşı da uşaqlardan birinin ona heç bir bənzərliyi olmadığını müşahidə edib, DNT analizi isə onun şübhələrini təsdiqləyib.

Qadın əvvəlcə kişinin ittihamlarını təkzib etsə də, sonradan ərinə xəyanət etdiyini etiraf edib.

Qeyd edək ki, qadının müxtəlif kişilərdən əkiz uşaq dünyaya gətirməsi tibb aləmində nadir fenomen sayılır və “heteropaternal superfekundasiya” adlanır.

  • Sosial şəbəkədə paylaş