Sizin reklam burada
Sizin reklam burada

Türkiyə ruslar üçün vizanı ləğv edir

Türkiyə ruslar üçün vizanı ləğv edirTürkiyə və Rusiya hökumətləri viza rejiminin aradan qaldırılması üçün danışıqlara başlayıb.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusların Türkiyəyə pasportsuz gəlişinə şərait yaratmaq üçün danışıqlara start verildiyini açıqlayıb.

Onun sözlərinə görə, martın 28-də məsələ ilə əlaqədar rusiyalı həmkarı Sergey Lavrovla Antaliyada bir araya gələcək: “Məqsəd Türkiyəyə gələn turist sayını və keyfiyyəti artırmaqdır".

Mövlud Çavuşoğlu aprelin 8-də Moskvaya gedəcəyini deyib.

  • Sosial şəbəkədə paylaş