Sizin reklam burada
Sizin reklam burada

İrandakı selin dəhşətli görüntüləri: 50 ölü... - Video

 İrandakı selin dəhşətli görüntüləri: 50 ölü... - Video16:03

İranın Şiraz şəhərini sel basıb.

Axar.az xəbər verir ki, güclü sel bir çox avtomobilləri aparıb, evlәrә ziyan vurub və şəhərdə həyatı iflic edib.

Hadisә nəticəsində ölənlərin olduğu bildirilib.

Qeyd edək ki, bir neçə gün əvvəl İrana yağan güclü yağışlar Türkmənsəhra bölgəsində də selə səbəb olub.

***

Şirazdakı sel fəlakəti şəhərə ağır zərbələr vurub. Fəlakətin 50-ə qədər insanın həyatına son qoyduğu, 100-ə qədər insanın isə itkin düşməsi ilə nəticələndiyi bildirilir. İtkilərlə bağlı rəsmi məlumat yoxdur.

Güney Azərbaycanın Urmiya şəhəri, Miyanə, Məlik kəndləri suyun altında qalıb. Sel fəlakətlərindən sonra hazırda Təbrizdə əhali özü önləm almağa planlaşdırır, bunun üçün müvafiq tədbirlər görür.

  • Sosial şəbəkədə paylaş