Sizin reklam burada
Sizin reklam burada

Həriri İrəvana gəlir

Həriri İrəvana gəlirErmənistanın Livandakı səfiri Vaaqn Atabəyyan fevralın 19-da Livan Baş naziri Səad Həriri ilə görüşüb.

Bu məlumatı Ermənistanın Xarici İşlər Nazirliyi yayıb. Görüş zamanı Ermənistanla Livan arasındakı ticari-iqtisadi münasibətlərin inkişafı imkanları müzakirə edilib. Tərəflər həmçinin Livan baş nazirinin Ermənistana səfərinin iki ölkə arasında tərəfdaşlığın inkişafı üçün yeni stimul olacağını qeyd ediblər.

  • Sosial şəbəkədə paylaş