Sizin reklam burada
Sizin reklam burada

ABŞ-da qalmaqal: “Donald Tramp” adlı it öldürüldü

ABŞ-da qalmaqal: “Donald Tramp” adlı it öldürüldüABŞ-ın Minnesota ştatında “Donald Tramp” adlı itin öldürülməsindən sonra qalmaqal yaranıb.

Bu barədə “Asoşeyted Press” yazıb.

Sosial şəbəkələrdə itin siyasi motivlərə öldürülməsi iddiaları irəli sürülüb. Belə ki, itin sahibi 59 yaşlı Rendal Tom ABŞ prezidentinin ən fəal tərəfdaşlarından biridir. Hətta Tom Donald Trampa sözügedən itin fotosunu da mitinqlərin birində imzaladıb. İtin öldürülməsinin arxasında siyasi motivlərin dayanması fikri isə iti öldürən qonşunun demokratlardan olması səbəb olub.

Polis orqanları hadisənin arxasında siyasi motivlərin olmadığını, qonşunun öz pişiyini xilas etmək üçün iti güllələdiyini bildirib.

  • Sosial şəbəkədə paylaş