Sizin reklam burada
Sizin reklam burada

Otaqların 18°C-dən yuxarı temperaturda qızdırılması qadağan edildi

Otaqların 18°C-dən yuxarı temperaturda qızdırılması qadağan edildi
Macarıstanda dövlət müəssisələrinin ofislərində otaqların 18°C-dən yuxarı temperaturda qızdırılması qadağan edilib.
Bu barədə Macarıstan Baş naziri Administrasiyasının rəhbəri Gergey Quyyaş hökumətin brifinqində deyib.
“Bütün dövlət müəssisələrində isitmə ilə bağlı məhdudiyyətlər tətbiq ediləcək, ona görə ofislər 18 dərəcədən isti ola bilməz” - deyə o bildirib.
O, həmçinin qeyd edib ki, xəstəxana və sosial müəssisələr istisna olmaqla, bu cür binalarda qaz sərfiyyatının 25% azaldılması nəzərdə tutulub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ