Mitinq yürüşlə başa çatmalı idi, lakin onun baş tutub-tutmayacağı hələlik bəlli deyil.
Polis İrəvanın Azadlıq meydanında Putin əleyhinə keçirilən aksiyanın bir neçə fəalını saxlayıb.
Sputnik Ermənistan-ın hadisə yerindən müxbirinin verdiyi məlumata görə, üzərində nalayiq ifadələr yazılmış plakatlar olan şəxslər polis bölməsinə aparılıb.
İrəvanın Azadlıq meydanında saxlanılanlar arasında mitinqin təşkilatçısı, koordinatoru Yuri Alekseev və fəal Oleq Rusakov da var. Mitinq və yürüş keçirmək üçün İrəvan bələdiyyəsinin icazəsi məhz Alekseyevin adına verilib.
2018-ci ildə “məxməri inqilab”ı və inqilabdan sonrakı dövrü fəal şəkildə işıqlandıran rusiyalı bloger Aleksey Romanov da məhkəmə qarşısına çıxarılanlar arasındadır.
Daha sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya əleyhinə aksiya fonunda rusiyayönlü şüarlar səsləndirən fəal Manuel Manukyanı da polis bölməsinə gətiriblər.
Hazırda təşkilatçısız qalan fəalların yürüşə davam edib-etməyəcəyi bəlli deyil.
Conflict.az