“Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yarımçıq təhsil,erkən nikah…SONU GÖRÜNMƏYƏN GƏLƏCƏK! “ layihəsinin icrasını Cəlilabad rayonunda davam etdirir. Layihə 3 ay müddətinə ( 01.02.22 –cı il tarixdən 01.05.22 –ci il) hər rayonda iki tədbir olmaqla, Lənkəran, Cəlilabad, Biləsuvar və Salyan rayonlarında həyata keçirilir. Layihənin məqsədi erkən nikahin səbəbləri və onun yarada biləcəyi fəsadları barədə təbliğatı gücləndirməkdir.
Gender Bərabərliyi İB-yin növbəti tədbiri Cəlilabad rayonunda keçirildi. H.Əliyev Mərkəzinin akt zalında “Yarımçıq təhsil,erkən nikah…SONU GÖRÜNMƏYƏN GƏLƏCƏK! “ layihəsi çərçivəsində “Erkən nikah və onun fəsadları “ mövzusunda tədbir keçirildi. Tədbiri Cəlilabad rayon Icra hakimiyyəti Uşaqlarla iş üzrə məsləhətçi –psixoloq Günay İbadova açdı və iştirakçıları salamladı və tədbirin mahiyyəti haqqında giriş söz dedi. Sonra sözü Gender Bərabərliyi İB-nin sədri və layihə rəhbəri Şəkərxanım Əliyevaya verdi. Layihə rəhbəri donor və layihənin məqsədi haqqında ətraflı məlumat verdi.
Sonra layihənin hüquqşünası Araz Nurməmmədov layihənin məqsədlərini açıqladı. Bildirdi ki, “ Son zamanlar erkən nikahların sayı artıb.Azyaşlını erkən nikaha cəlb edən hər kəs ,o cümlədən erkən nikaha məcbur edən valideynlər,AR qanunvericiliyinə əsasən məsuliyyət daşıyır.
Ekspert Ş.Dadaşova erkən nikah,səbəb və fəsadları barədə iştirakçılara məlumat verdi .Bildirdi ki,”nikah –kişi və qadının istəyi ilə həyata keçirilən evlilikdir. Erkən nikah 18 yaşına çatmamış şəxslərin ailə qurmasıdır. Erkən nikahlar İH-i orqanları tərəfindən qeydə alınmır. Erkən nikahlar qanunsuz hesab edilir və heç bir hüquqi qüvvəyə malik deyil”.Daha sonra ekspert erkən nikahın səbəbləri (ictimai,psixoloji,maddi )və fəsadları (fiziki və psixoloji travmalar) ilə bağlı məlumat verildi və müzakirələr aparıldı .
AR QHT DD Agentliyinin meneceri Nigar Ağakişiyeva tədbirdə çıxış edərək gənclərə könüllülük haqqında sual verdi və qeyd etdi ki Biz hər dəfə gəncləri və ya valideynləri gunahlandırırıq. Biz gənclərin sosiallaşmasına, könüllü fəaliyyət göstərməsinə hər hansı dəstək göstəririkmi? Hal hazırda bu gənclər valideyndən asılıdır və valideynlərin qərarına uyğun hərəkət edir. Biz təkcə burda valideynləri günahkar hesab etməyək, çünki valideynlər də düzgün qərar verir. Agentliyin rəsmisi onu da qeyd etdi ki, erkən nikahdan yayınmanın ən başlıca yolu təhsilə önəm vermək və sosiallaşmaqdır. Buna misal olaraq qeyd etdi ki, gəncləri könülülülük fəaliyyətinə cəb etməklə, onları kənar təsirlərdən qorumaqdır. Əminəm ki, siz öz valideynlərinizə yaxşı mənada təsir göstərə bilərsiniz.Nigar xanım qeyd etdi ki, bu il Ailə qadın, gender məsələri istiqməti üzrə Agentliyə daxil olan layihələrdən 37-si maliyə dəstyi almışdır ki,bunların da böyük əksəriyyəti erkən nikahla bağlıdır. Əgər hər hansı problem olarsa, oxsar hadisələrlə bağlı aidiyyatı QHT- lərə müraciət edə bilərsiz deyə tövsiyyə etdi. DD Agentliyini nümayəndəsi çıxışını Ulu öndər H.Əliyevin sözü ilə bitirdi: “Aliə Ümumbəşəri dəyərdir”!
Tədbir iştirakçıları Azərbaycan Respublikası QHT-lərə DD Agentliyinə və Gender Bərabərliyi İB-nə təşəkkür etdi. Sonda tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırıldı və təklifləri qeyd olundu .Çay kofe fasiləsi oldu.
Gender Bərabərliyi İB
Conflict.az