Sizin reklam burada
Sizin reklam burada

"İnsanları təhlükəli mühitə salmaq istəmirik"

"İnsanları təhlükəli mühitə salmaq istəmirik"
ABŞ-ın Nyu-York şəhərinin yeni seçilən meri Erik Adams 2022-ci il yanvarın 1-də keçirilməsi planlaşdırılan andiçmə mərasimini ləğv edib.
61 yaşlı siyasətçi bu qərarı şəhərdə COVID-19-un yeni variantı “omikron” ştammına yoluxanların sayının artması səbəbi ilə verib.
"Biz insanları təhlükəli mühitə salmaq istəmirik. Mənim mərasimə ehtiyacım yoxdur", - Erik Adams deyib.
Qeyd edək ki, mərasimin Bruklində yerləşən “Kings” Teatrında, qapalı məkanda keçirilməsi planlaşdırılırdı. Yeni mer yanvarın 1-də Nyu-Yorkun sabiq meri Bill de Blasiodan səlahiyyətlərini təhvil alacaq.
Qeyd edək ki, son günlərdə Nyu-York şəhərində pandemiyaya yoluxanların sayının yüksəlməsi səbəbindən bir sıra kütləvi təbirlər ləğv olunub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş