Sizin reklam burada
Sizin reklam burada

“Azərbaycan” qəzetinində fəxrlə yazdığı İmişlidəki “regionda analoqu olmayan musiqili fontan” niyə işləmir? - VİDEO

“Azərbaycan” qəzetinində fəxrlə yazdığı İmişlidəki “regionda analoqu olmayan musiqili fontan” niyə işləmir? - VİDEO
Çox da uzaq olmayan keçmişdə, rayon mərkəzlərində salınan parklar, yerli icra hakimiyyəti başçılarının qururlandığı əsas amillərdən biri idi. Nəzərə alsaq ki, həmin parklar əsasən ulu öndər Heydər Əliyevin adını daşıyır. Deməli ərazinin daim nəzarətdə saxlanılmasının vacibliyidə ön plana keçir. Təsadüfi deyil ki, 2014-cü ildə “Azərbaycan” qəzeti yazırdı ki, “2013-cü il ərzində aparılan abadlıq və quruculuq işləri nəticəsində İmişli şəhərinin siması tamamilə dəyişmiş, şəhər son dərəcə müasirləşmişdir… 6 ha ərazidə yerləşən Heydər Əliyev parkında da abadlıq və yenidənqurma işləri davam etdirilib. Parkda müasir işıqlandırma sistemi, fəvvarələr quraşdırılıb, yaşıllıqlar salınıb, regionda analoqu olmayan musiqili fontan istifadəyə verilib. Parkın ərazisində 15 min kv.m əraziyə dekorativ daşlar qoyulmuş, müxtəlif növ ağaclar və gül kolları əkilmişdir.”
Maraqlıdır, cəmi 6 il əvvəl “regionda analoqu olmayan” deyə qeyd edilən fontanın görəsən mövcud durumu bu gün necədir? Redaksiyaya təqdim edlən videogörüntüdən aydın olur ki, fantanın hal-hazırkı vəziyyəti heç də ürəkaçan deyil. Videogörüntünü izləyərkən fontanın uzun müddət işləmədiyi təəssüratıda yaranır.

Ola bilsin ki, rayondakı aidiyyatı strukturlar “ölkə müharibə vəziyyətindədir, indi fontan düşünmək zamanı deyil” – deyə cavablarını əvvəlcədən hazırlayıblar. Lakin o zaman sual olunur: Bəyəm Azərbaycan Vətən Müharibəsini İmişlidəki musiqili fontanın saxlanılması üçün nəzərdə tutulmuş vəsaitləmi aparırdı? Yox. O halda cənablar deməli cavab keçərli deyil. Ölkə Prezidenti cənab İlham Əliyev hətta Vətən Müharibəsinin ən şiddətli zamanlarında belə regionların inkişafının, abadlığının vacibliyini vurğulayırdı. Azərbaycan xalqının qurucu, yaradıcı xalq olduğunu fəxrlə qeyd edirdi. Bəs belə olan təqdirdə külli miqdarda dövlət vəsaiti hesabına başa gələn “regionda analoqu olmayan musiqili fontan” nədən baxımsız haldadır? Və ya başqa bir sual: Həmin fontanın saxlanılası üçün nəzərdə tutulan vəsait ötən müddət ərzində hara xərclənib?
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.


Conflict.az

  • Sosial şəbəkədə paylaş