Sizin reklam burada
Sizin reklam burada

Şəkidə niyə ət qıtlığı yaşanır - Kimlər süni surətdə buna rəvac verirlər İTTİHAM

Şəkidə niyə ət qıtlığı yaşanır - Kimlər süni surətdə buna rəvac verirlər İTTİHAMTeref.az-ın poçtuna Şəki şəhərindən şikayət daxil olub. Şəhərdə ətin qıta çəkildiyindən şikayət edən vətəndaşlar bunu hansısa məmurun sallaqxana açaraq heyvan kəsiminə qadağa qoyduğu ilə əlkaqələndirirlər. Vətəndaş yazır:
Şəhərimizdə artıq 4 gündü ki, ət yoxa çıxıb.

Səbəbini bir neçə qəssabdan soruşduq. Dedilər ki, Şəki şəhərinin İcra Hakimiyyətinin hansısa yüksək vəzifəli məmuru (dəqiqləşdirilir), yeni ət kəsim məntəqəsi (sallaxana) açıb və bu məntəqədən başqa digər yerlərdə ət kəsimini qadağa edib. Bura kimi hər şey aydındı. Bəs ət niyə yoxa çıxıb ki?

Dedilər ki, məsələ ondadır ki, ət kəsimi məntəqəsində kəsilmiş kiçik heyvan üçün 10 azn, iribuynuzlu heyvan üçünsə 25 azn məntəqəyə ödənilməlidi. Bundan başqa 10 Azn də, məntəqənin qəssablar üçün ayırdığı maşına ödənilməlidir. Şikayətçi teref.az- yazır ki, yəni qəssab ya sənətini tərgitməli ya da, bir qoyun üçün 20 Azn (maşın xərci ilə bərabər), bir inək üçünsə 35 azn ödəməlidir. Bütün bu ödənişlərdən başqa, hər kəsilmiş heyvan üçün 4 Azn həkim pulu da var.

İlk baxışdan hər şey əla görünür, qəssablar təmiz yerdə ət kəsəcəklər və bunun müqabilində məntəqə pul qazanacaq. Lakin yeni ət kəsimi məntəqəsini açan şəxsin unutduğu bir şey var. Ya qəssablara sərf etmədiyindən ət kəsməyəcəklər və ətin qıtlığından istifadə edən Bazar Store kimi fürsətçilər 1 kq ı 14 Azn ə ət satacaqlar, yaxud sonunda qəssablar məntəqənin qoyduğu qiymətlərlə razı olub, ətin qiymətini qaldıracaqlar. Yəni sonda hər hansı bir məmur pul qazanacaq deyə, səbəbsiz yerə Şəkidə ətin qiyməti süni formad artırılmış olacaq.

Mövzu ilə əlaqədar, Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə tərəfimizdən müraciət hazırlanır.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!



Conflict.az

  • Sosial şəbəkədə paylaş