Sizin reklam burada
Sizin reklam burada

Günay Şəbnəmə "bayağı müğənni" dedi, qalmaqal düşdü - Video

Günay Şəbnəmə "bayağı müğənni" dedi, qalmaqal düşdü - VideoŞou-biznesdə növbəti qalmaqal müğənnilər Günay İbrahimli ilə Şəbnəm Tovuzlu arasında yaşanıb.

Axşam.az-ın məlumatına görə, "Ay Zaur" verilişi Günaydan Şəbnəmlə bağlı fikir soruşub. İbrahimli "Şəbnəm Tovuzluya qulaq asırsınız" sualına belə cavab verib:

"Dinləmirəm. Dedilər hansısa mahnısına 30 milyon baxılıb. Heç o mahnını eşitməmişəm, qabağıma da çıxmayıb. Çox maraqlıdır, Azərbaycanda heç 30 milyon əhali yoxdur, necə olur? Düşünürəm ki, bayağı ifaçıdır. Olanı deyirəm, heç kim harasa yozmasın. Mənim qulaq asdığım insanlar tamam başqadır".

Şəbnəm isə Günaya "Bayağı mahnı ola bilər. Günay xanımla üz-üzə gələndə öpüşüb, görüşürük. Ola bilər repertuarımı bəyənməyə bilər. Amma deyə bilərdi ki, bir xanım kimi bizim gözəl münasibətimiz var. Mən olsam, elə deyərdim. Məcbur deyil məni bəyənsin. Deyə bilərdi, gözəlqəlbli xanımdır. Amma demədi. Heç mən də Günay xanıma qulaq asmıram" cavabını verib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ