Sizin reklam burada
Sizin reklam burada

"Harris Trampın oxşarını muzdla tutdu"

"Harris Trampın oxşarını muzdla tutdu"
ABŞ prezidentliyinə namizəd Kamala Harris debata hazırlaşmaq üçün Respublikaçı rəqibi Donald Trampın oxşarını muzdla tutub.
Vitse-prezident mümkün təhqiredici şərhlərə necə reaksiya verməyi məşq etmək üçün dublyordan istifadə edir.
Bu barədə "The Washigton Post" məlumat yayıb.
"Harris son dörd günü onun üçün intensiv məşq meydançasına, bir növ "debat düşərgəsinə" çevrilmiş Pittsburqda keçirib. Onun komandası siyasətçi üçün ona şifahi hücum edən və təhqiredici şərhlər səsləndirən təcrübəli əməkdaşı işə cəlb edib", - qəzet yazıb.
Materialın müəllifləri qeyd ediblər ki, Harrisin köməkçiləri xüsusi olaraq debatların keçiriləcəyi ABC televiziya kanalının maketini təqlid edən studiya planını yaradıblar. Onlar Harrisə çoxlu suallar verərək məşqlərdə iştirak edirlər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ