Sizin reklam burada
Sizin reklam burada

"Müxalifət 20% səs toplaya bilər"

"Müxalifət 20% səs toplaya bilər"
Salome Zurabişvilinin yenidən Gürcüstan prezidenti seçilmək şansı yoxdur.
Bu açıqlama ilə Gürcüstan Baş naziri İrakli Kobaxidze çıxış edib.
"Sorğulara əsasən, Gürcü Arzusu Partiyasını seçicilərin təxminən 60%-i dəstəkləyir, bütün müxalifət isə oktyabrda keçiriləcək parlament seçkilərində təxminən 20% səs toplaya bilər. Bu şərtlər altında Zurabişvilinin ikinci dəfə prezident seçilmək şansı yoxdur”, - baş nazir vurğulayıb.
Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri 2024-cü ilin noyabr-dekabr aylarında (yeni parlament formalaşdıqdan sonra) baş tutmalıdır. Ötən gün isə Zurabişvili açıqlamasında ikinci dəfə namizədliyini vermək niyyətində olduğunu bəyan edib.

Conflict.az[b][/b]

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ