Almaniya hökuməti qeyri-qanuni miqrant axınını azaltmaq üçün ölkənin bütün quru sərhədlərində müvəqqəti nəzarətin tətbiqi barədə qərar qəbul edib.
Bu barədə Almaniya Daxili İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd edilib ki, sentyabrın 16-da başlayacaq və ilkin olaraq altı ay davam edəcək nəzarət miqrasiya siyasətinin sərtləşdirilməsinə yönəlib.
"Biz daxili təhlükəsizliyi gücləndiririk və qeyri-qanuni miqrasiyaya qarşı sərt xəttimizi davam etdiririk", - deyə daxili işlər naziri Nensi Feyzer vurğulayıb.
Avstriyanın daxili işlər naziri Gerhard Karner “Bild” qəzetinə bildirib ki, ölkəsi Almaniyanın sərhəddə imtina etdiyi miqrantları qəbul etməyəcək.
Conflict.az