Sizin reklam burada
Sizin reklam burada

"BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əməl olunmalıdır”

"BMT Təhlükəsizlik Şurasının qətnaməsinə əməl olunmalıdır”
“Müharibədən sonra Qəzzada həyat nizamının yenidən bərpa olunması Fələstinin daxili işidir”.
Bu barədə HƏMAS-ın Teleqram kanalında yayılan bəyanatda deyilir.
Bildirilir ki, bu problemin həlli üçün kənardan təklif edilən istənilən layihələr rədd ediləcək.
“HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasının yeni şərtlərini qəbul etməyəcək. Hərəkat atəşkəs razılaşmasını dərhal həyata keçirməyə hazır olduğunu vurğulayır. Ancaq ABŞ prezidenti Co Baydenin mayın 31-də irəli sürdüyü təkliflərə və BMT Təhlükəsizlik Şurasının 2735 saylı qətnaməsinə əməl olunmalıdır”, – deyə bəyanatda vurğulanıb.
Xatırladaq ki, avqustun 15-16-da Dohada Qəzza zolağında atəşkəsə nail olunması və HƏMAS-ın saxladığı girovların qaytarılması ilə bağlı danışıqlar aparılıb. Lakin avqustun 25 və 28-də Qahirə və Dohada keçirilən növbəti görüşlər uğurlu alınmayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş