Sizin reklam burada
Sizin reklam burada

Azərbaycan müharibə yolunu seçə bilər - Markov

Azərbaycan müharibə yolunu seçə bilər - MarkovAzərbaycanın 20 faiz torpaqları işğal olunub. Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünü var. Müharibənin dayandırılması üçün 1994-cü ildə atəşkəs elan edilib. Ermənistan Qarabağdan əlavə 7 rayona da nəzarəti həyata keçirir. O ərazilərdən azərbaycanlılar çıxarılıb.

Report xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Rusiyanın Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib.

“Bundan əlavə, qeyd etməliyəm ki, 1992-ci ildə Xocalıda faciə törədilib, yüzlərlə insan həyatını itirib. Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar qətnəmalər qəbul ediblər. Həmin sənədlərdə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu qeyd olunub”, - deyə, o bildirib.

S.Markov vurğulayıb ki, münaqişənin həlli ilə bağlı ölkələr arasında danışıqlar aparılır: “Bunun üçün ATƏT-in Minsk qrupu yaradılıb. Bu istiqamətdə danışıqlar davam etdirilir”.

Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən artıqdır: "Bu, o deməkdir ki, Azərbaycan ordusu müharibəyə hazırdır. Yəni sülh danışıqları nəticə vermədikdə, Azərbaycan müharibə yolunu seçə bilər".

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ