Sizin reklam burada
Sizin reklam burada

Amerikalı səfir ermənilərə “son mesajları” verib

Amerikalı səfir ermənilərə “son mesajları” verib
ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi XİN rəhbərləri Ararat Mirzoyanla Sergey Lavrovun görüşündən öncə şəxsi təşəbbüsü ilə Ermənistan Xarici İşlər Nazirliyinə gedib.
Bu barədə erməni politoloq Qriqor Balasanyan məlumat yayıb.
O qeyd edib ki, amerikalı səfir erməni tərəfinin nümayəndələrinə “son mesajları” verməyə çalışıb: “Ola bilsin ki, bunu Vaşinqton diktə edib və buna görə də Mirzoyan-Lavrov görüşündən əvvəl amerikalı diplomat müəyyən korrektələr etməyə və erməni tərəfinin nümayəndələrinə “son sözləri” deməyə çalışıb.
Lavrovun mətbuat konfransındakı bəyanatlarına əsaslanaraq Balasanyan bu təşəbbüsün uğurlu olmadığını etiraf edir:
“Lavrov və Mirzoyanın birgə mətbuat konfransına əsasən, ABŞ-ı narahat edən məsələlər var ki, çox güman ki, Amerika tərəfi bundan son anda xəbərdar olub. Məhz buna görə də ABŞ-ın Ermənistandakı səfiri tələsik Xarici İşlər Nazirliyinə gedib, anlamadığı suallara yerindəcə cavab almağa çalışıb”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş