Sizin reklam burada
Sizin reklam burada

"Pravoslav Kilsəsi “get qardaşını öldür” prinsipini rəhbər tutan təşkilata çevirilib"

"Pravoslav Kilsəsi “get qardaşını öldür” prinsipini rəhbər tutan təşkilata çevirilib"
Dnepropetrovsk vilayətində Ukrayna Pravoslav Kilsəsinin sıravi keşişi Andrey Pinçuk Patriarx Kirilli illərlə “Rusiya sülhü”nü təbliğ etdiyinə görə Pentarxiya məhkəməsinə verib.
Keşiş bildirib ki, etiraz ideyası Rusiyanın başlatdığı genişmiqyaslı müharibə səbəbindən yaranıb.
“UPK MP-nin 400-dən çox keşişindən ibarət qrupumuz – “Rusiya sülhü” konsepsiyasında Rusiya Federasiyasının Ukraynaya qarşı açdığı müharibənin bünövrəsini, əsasını və mənbələrini görür. Biz Rusiya Pravoslav Kilsəsinin, xüsusən də onun lideri Patriarx Kirillin bu konsepsiyanın inanclılar arasında, ilk növbədə rusiyalılar arasında yayılması üçün məqsədyönlü uzunmüddətli iş apardıqlarını hesab edirik”, - deyə Andrey Pinçuk bildirib.
O əlavə edib ki, “Rusiya sülhü” konsepsiyası Rusiya Pravoslav Kilsəsini yevangelist prinsiplərini deyil, “get qardaşını öldür” prinsipini rəhbər tutan militarist təşkilata çevirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş