Sizin reklam burada
Sizin reklam burada

Konqres “DQR”-i tanıya bilərmi?

Konqres “DQR”-i tanıya bilərmi?
Rusiya KİV-nin məlumatına görə, üzdəniraq “Dağlıq Qarabağ respublikasının” (DQR) müstəqilliyinin tanınması barədə qətnamə layihəsi Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi Nümayəndələr Palatasının müzakirəsinə təqdim olunub. Layihənin müəllifi demokrat-konqesmen Qreys Napolitanodur.

Sənəd barədə siyasətçi öz «Tvitter» səhifəsində xəbər verib. Konqresmen ABŞ-ı DQR-nın müstəilliyini rəsmən tanımağa çağırıb və bunu «azadlığın yolu» adlandırıb.

Xatırladaq ki, rəsmi Bakı bundan əvvəl bəyan etmişdi ki, Dağlıq Qarabağın müsətəqilliyini tanıyacaq hər-hansı ölkə ilə diplomatik münasibətləri kəsəcək.

Məlum olduğu kimi, ABŞ Rusiya və Fransa ilə birdikdə ATƏT Minsk Qrupunun 3 həmsədrindən biridir və guya, 26 ildir ki, bu münaqişənin dinc yolla həlli istiqamətində vasitəçilik edir. Minsk Qrupu isə məxsusi olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədilə yaradılıb.

Hər kəsə məlumdur ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisi və ayrılmaz hissəsidir. Dünya ölkələri, o cümlədən ABŞ dövləti və BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İndi Amerikalı konqresmen dünyaya «azadlıq dərsi» keçməyə başlayıb.

Suveren dövlətin daxili işlərinə bu cür yanaşma utancverici təcrübədir və ABŞ dövlətinin beynəlxalq statusu ilə heç cür uzlaşmır.

Conflict.az

  • Sosial şəbəkədə paylaş