Sizin reklam burada
Sizin reklam burada

"Azərbaycan etibarlı ticarət yolunun yaranmasında mühüm rol oynayıb"

"Azərbaycan etibarlı ticarət yolunun yaranmasında mühüm rol oynayıb"
“Beynəlxalq nəqliyyat dəhlizlərində həlledici qovşaq kimi mövqe tutan Azərbaycan Orta Dəhlizin Şərqlə Qərbi birləşdirən etibarlı ticarət yolu kimi yaranmasında mühüm rol oynayıb”.
Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə təşəbbüs göstərməklə Orta Dəhlizin əsasını qoyub.


Nazir vurğulayıb ki, Azərbaycan strateji coğrafi mövqeyindən istifadə edərək, sənaye zonalarını və Ələt Azad İqtisadi Zonasını (AFEZ) əhatə edən çoxsaylı xüsusi iqtisadi zonalar yaradıb: “AFEZ ixrac üçün yüksək dəyərli malların istehsalı üçün innovativ texnologiyalardan istifadə etməkdə maraqlı olan investorları cəlb etmək məqsədi daşıyır. Xəzər dənizinin ən böyük limanı olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında yerləşən AFEZ öz rezidentlərinə vergi güzəştləri və gəlirlərini repatriasiya etmək azadlığı təklif edir”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş