Sizin reklam burada
Sizin reklam burada

"Xarici agentlərin iştirakı qadağan edildi"

"Xarici agentlərin iştirakı qadağan edildi"
Rusiya Dövlət Dumasının deputatları “Seçki hüquqlarının əsas təminatları haqqında” qanuna xarici agentlərin seçkilərində namizəd kimi iştirakını qadağan edən düzəlişləri ikinci və üçüncü oxunuşda qəbul ediblər.
Qəbul edilmiş dəyişikliklərə əsasən, qanuna “namizədin qeydiyyatı üçün tələb olunan sənədlərin, namizədlərin siyahısının təqdim edildiyi vaxta qədər namizəd xarici agent statusuna xitam verməyə borcludur” müddəası əlavə edilib.
Qadağa federal hakimiyyət orqanlarına, Rusiya Federasiyasının təsis qurumlarının hakimiyyət orqanlarına, federal ərazinin dövlət orqanlarına, habelə yerli özünüidarəetmə orqanlarına olan seçkilərə şamil edilir.
Dəyişikliklər, həmçinin qanunun qüvvəyə minməsindən 180 gün sonra xarici agentlərin dövlət orqanlarında səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini nəzərdə tutur.
“Xarici agentlər” və “ekstremistlər və terrorçular” reyestrinə daxil edilmiş şəxslər, eyni zamanda, seçkilərdə müşahidəçi, namizədlərin və seçki birliklərinin vəkil təyin edilmiş şəxsləri və səlahiyyətli nümayəndələri qismində iştirak edə bilməyəcəklər.

Conflict.az

  • Sosial şəbəkədə paylaş