Sizin reklam burada
Sizin reklam burada

"Paşinyanla ikitərəfli görüş keçiriləcək"

"Paşinyanla ikitərəfli görüş keçiriləcək"
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan mayın 8-də görüşəcək.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

“İnauqurasiyanın ertəsi günü prezident ilk böyük beynəlxalq tədbiri, yəni Avrasiya İqtisadi Şurasının yubiley iclasını keçirir. Bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçiriləcək, həmçinin MDB ölkələrinin liderləri üçün ənənəvi dostluq şam yeməyində iştirak edəcək”, - Uşakov qeyd edib.

O bildirib ki, tərəflər arasında müzakirə ediləcək çox məsələlər var.

Qeyd edək ki, daha öncə yayılan məlumatda Paşinyanın mayın 7-də Putinin andiçmə mərasimində iştirak etməyəcəyi bildirilib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş