Sizin reklam burada
Sizin reklam burada

Puşkov: Vilnüs prezidenti devirmək niyyətini nümayiş etdirir

Puşkov: Vilnüs prezidenti devirmək niyyətini nümayiş etdirir
Aleksandr Lukaşenkonun Litvaya girişinin qadağan edilməsi, Vilnüsün Belarus prezidentini devirmək niyyətini nümayiş etdirir.

Bunu rusiyalı senator Aleksey Puşkov söyləyib.

Senator ölkə rəhbərinə qarşı sanksiya tətbiqinin görülməz hadisə olduğunu bildirib:

“Vilnüs bilir ki, Lukaşenkoya qarşı sanksiya tətbiq etməklə bu, Belarus səfirini geri çağırmaq və Litva ilə diplomatik münasibətlərin səviyyəsini azaltmaq üçün bəhanədir. Bu, Lukaşenkonun devrilməsi kursunun açıq nümayişidir”.

Qeyd edək ki, dünən Litva Litva Belarus rəsmilərinə qarşı sanksiyalar siyahısını hazırlayıb.

Siyahıda Prezident Aleksandr Lukaşenko da daxil olmaqla, 32 nəfərin adı yer alıb.

Sanksiyaya əsasən, siyahıda adı olan şəxslər Litvaya səfər edə bilməyəcək.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ