Sizin reklam burada
Sizin reklam burada

Pərviz Bülbülə: "Türkanı pul qazanmaq üçün yanımda saxlayırdım" - VİDEO

Pərviz Bülbülə: "Türkanı pul qazanmaq üçün yanımda saxlayırdım" - VİDEOAyrılığın tək səbəbi dostumun məclisinə gəlməməyi deyildi

Meyxanaçı Pərviz Bülbülə duet ortağı Türkan Vəlizadə ilə bağlı təəccübləndirici sözlər deyib.

AzNews.az xəbər verir ki, ifaçı "Ən yaxşısı" verilişində bir müddətdir ayrıldığı Türkanla iş birliyinin məqsədinin dəstək yox, pul qazanmaq olduğunu bildirib:

"Məqsədim pul qazanmaq olub. Mənim layihəm olub, Türkanı çağırdım pul qazandım. O mənə, mən ona kömək olmuşam.

Duet ortağını pul verməyə yox, pul qazanmağa gətirmişəm. Mən kim olmuşam ki? Hərənin öz istedadı var. Xoşum gəlmir kiməsə kömək edib, üstünə damğa qoymaqdan. Kişiyə yaraşan hərəkət deyil.

Ayrılığın tək səbəbi dostumun məclisinə gəlməməyi deyildi. Onu əlində bayraq etmək olmaz. Başqa səbəblər də oldu".

  • Sosial şəbəkədə paylaş