Sizin reklam burada
Sizin reklam burada

"Sui-qəsd var, Ursula fon der Leyen rəhbərlik edir"

"Sui-qəsd var, Ursula fon der Leyen rəhbərlik edir"
"Bir sıra yüksək rütbəli Avropa məmurları hazırkı hökuməti devirmək üçün planlar hazırlayır".
Bu barədə oktyabrın 29-da Macarıstanın baş naziri Viktor Orban danışıb.
Siyasətçinin sözlərinə görə, Macarıstana qarşı açıq sui-qəsd var və ona Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Parlamentində ən böyük fraksiya lideri, Avropa Xalq Partiyasının lideri Manfred Veber rəhbərlik edir.
Orbanın deyib ki, hər ikisi etiraf edib ki, onların məqsədi Macarıstan hökumətini Polşadakı hazırkı hökumət kimi yeni "Jawohl" hökuməti ilə əvəz etməkdir.
Bundan əvvəl Viktor Orbanın Gürcüstana gəlişinin Avropa Birliyində hiddətə səbəb olduğu bildirilirdi. Siyasətçi hakim “Gürcü arzusu” partiyasını parlament seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib və bu, artıq Orbanı bəyənməyən avropalı funksionerləri daha da qəzəbləndirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ