Sizin reklam burada
Sizin reklam burada

"Tiflisin Moskva ilə ciddi dialoqu olmayacaq"

"Tiflisin Moskva ilə ciddi dialoqu olmayacaq"
İvanişvilinin Qoridə seçki yarışı zamanı osetinlərdən üzr istəməsi ilə bağlı bəyanatını ciddi səhv idi. Bu, hətta seçicilərin də xoşuna gəlmədi.
Bu sözləri Ermənistan mediasına açıqlamasında gürcü politoloq Tornike Şaraşenidze deyib.

“Ola bilsin ki, o, Moskvanın Tiflis və Sxinvalinin qeyri-rəsmi səviyyədə əlaqə yaratmasına imkan verəcəyinə ümid edir. Əgər nəticə verirsə, niyə də olmasın. Amma ümid edirəm ki, bunun üçün dəhşətli bədəl ödəməyəcəyik”, - o bildirib.

Politoloq Gürcüstan hakimiyyətinin Moskva ilə ciddi dialoq aparacağını istisna edib:

“Çünki onların seçiciləri də buna qarşı olacaq, ona görə də Rusiya Cənubi Osetiya və Abxaziya məsələsində güzəştə getməyənə qədər Tiflisin Moskva ilə ciddi dialoqu olmayacaq. Çox güman ki, Gürcüstan hakimiyyəti indi Qərblə münasibətləri bərpa edəcək, çünki onlar qətiyyən Rusiya ilə tək qalmaq istəmirlər”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ