
Rusiyanın ən zəngin iş adamları 2022-ci ilin əvvəlindən Ukraynadakı vəziyyətə görə ümumilikdə 93 milyard dollar itiriblər.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bildirilib ki, fevralda rusiyalı iş adamları ümumilikdə 46,6 milyard dollar itiriblər. Qərb ölkələrinin sanksiyalarından sonra onların sərvəti daha 47 milyard dollar azalıb.
Məlumata əsasən, “Evraz” dağ-mədən-metallurgiya holdinqinin səhmdarı Roman Abramoviç 9,3 milyard dollar, təbii qaz istehsalçısı "Novatek"in səhmdarı Gennadi Timçenko 8,48 milyard dollar, “Severstal”ın əsas səhmdarı Aleksey Mordaşov isə 7 milyard dollar itirib.
Conflict.az