
Bu yaxınlarda Belarusa qarşı tətbiq edilən iqtisadi sanksiyalar bu ölkədən Aİ və Şimali Amerikaya ildə 16-18 milyard dollar həcmində ixracın qarşısını alıb.
Bunu ölkənin baş naziri Roman Qolovçenko "Al Arabiya" telekanalına müsahibəsində deyib.
"Qərb sanksiyaları Belarusdan Aİ və Şimali Amerikaya ildə 16-18 milyard dollar həcmində ixracın qarşısını alıb" - deyə baş nazir bildirib.
R.Qolovçenko ölkəsi üçün iqtisadi itkilərin müvəqqəti olacağını və Belarus ixracının sürətlə Şərqə istiqamətlənəcəyini vurğulayıb.
Conflict.az