Sizin reklam burada
Sizin reklam burada

"Sanksiyalar Suriyanın yeni hökumətinin işinə mane olur"

"Sanksiyalar Suriyanın yeni hökumətinin işinə mane olur"
Hazırda Suriyaya qarşı tətbiq edilən sanksiyalar keçmiş Bəşər Əsəd rejiminin qurbanlarının cəzalandırılmasıdır.
Bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Əş-Şibani bildirib, onun çıxışının videosunu SANA informasiya agentliyi yayımlayıb.
“Bu gün Suriyaya qarşı sanksiyalar keçmiş rejimin qurbanlarının cəzalandırılmasıdır. Biz onların ləğv edilməsinə çağırırıq”, – XİN başçısı Nyu-Yorkda BMT Baş Assambleyasının üzvləri qarşısında çıxışı zamanı söyləyib.
“Mövcud sanksiyalar Suriyanın yeni hökumətinin işinə mane olur, onlar gələcək münaqişələri qabaqlamaq qabiliyyətimizi zəiflədir”, – Əş-Şibani vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş