Sizin reklam burada
Sizin reklam burada

"Bu vəziyyət hələ prezident olduğu dövrdə müşahidə olunurdu"

"Bu vəziyyət hələ prezident olduğu dövrdə müşahidə olunurdu"
Gürcüstanın Baş naziri İrakli Kobaxidze sabiq prezident Mixail Saakaşvilinin sağlam düşüncədən uzaq olduğunu bildirib və onun fəaliyyətini siyasətçilərin deyil, başqa sahənin mütəxəssislərinin qiymətləndirməli olduğunu deyib.
Bu barədə İrakli Kobaxidze jurnalistlərə açıqlamasında danışıb.
Baş nazirin sözlərinə görə, Saakaşvili reallıq hissini tamamilə itirib və bu vəziyyət hələ prezident olduğu dövrdə də müşahidə olunurdu.
"Prezident olduğu doqquz il ərzində də belə idi, müxalifətə keçəndən sonra da belə qaldı. İndi isə vəziyyəti daha da ağırlaşıb. Ona verə biləcəyim qiymətləndirmələrdən biri budur", – deyə Kobaxidze qeyd edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş