Sizin reklam burada
Sizin reklam burada

Ər-Riyad təhlükəsizliyin təmin olunmasında fəal rolunu davam etdirmək istəyir

Ər-Riyad təhlükəsizliyin təmin olunmasında fəal rolunu davam etdirmək istəyir
Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud və iranlı həmkarı Abbas Arakçı arasında telefon danışığı baş tutub.
Bu barədə Səudiyyə XİN-in məlumatında deyilir.
Bildirilib ki, tərəflər Fars körfəzi bölgəsində gərginliyin azaldılmasına yönəlmiş diplomatik səyləri və son regional hadisələri müzakirə ediblər.
Ər-Riyad bölgədə təhlükəsizlik və sabitliyin təmin olunmasında fəal rolunu davam etdirmək niyyətində olduğunu vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş