Sizin reklam burada
Sizin reklam burada

"Rus işğalçılarına mayın 9-dək şəhəri nəzarətə götürməkdə kömək etmir"

"Rus işğalçılarına mayın 9-dək şəhəri nəzarətə götürməkdə kömək etmir"
Rusiyanın Baxmutdakı hücumu dayanıb, Ukrayna Silahlı Qüvvələri isə əks-hücumlar həyata keçirir.
Bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
"Baxmutda toqquşmalar nəticəsində heç bir ciddi dəyişiklik olmayıb. Xüsusən hündürmərtəbəli binalarda mövqe tutan Ukrayna hərbçiləri də əks-hücumlarla əvvəllər tərk edilmiş yerlərə nəzarəti bərpa etməyə çalışır. Və deyə bilərəm ki, cəhdlər uğursuz deyil" - ekspert bildirib.
Kovalenko qeyd edib ki, şəhərdə toqquşma xətti fərdi mövqelərin dəfələrlə əl dəyişdirdiyi “cəhənnəm yelləncəkləri”dir: "Baxmut bölgəsində görülən "TOS-1A Solntsepyok" odsaçanı rus işğalçılarına qarşıya qoyulan vəzifəni həll etməkdə - mayın 9-dək şəhəri nəzarətə götürməkdə kömək etmir".
Ekspertin sözlərinə görə, bu gün cəbhədə hava şəraiti “xoş”dur: "Bu, tezliklə müəyyən “kulminasiya”nın şahidi olacağımıza inam yaradır”.
Qeyd edək ki, ötən gün “Vaqner” muzdlu hərbi şirkətin rəhbəri Yevgeni Priqojin Ukraynanın Baxmutda böyük əks-hücuma başladığını bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş