Sizin reklam burada
Sizin reklam burada

"Bizi təhdid edənlər var idi"

"Bizi təhdid edənlər var idi"
Türkiyə ABŞ-dan nə döyüş təyyarələrini, nə də onlara ödənilən pulu alıb.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“S-400 almağımızla bağlı heç nə təklif etmədən bizi təhdid edənlər var idi. İndi biz F-16-ların tədarükü ilə bağlı danışıqlar aparırıq, lakin bizə rədd cavabı verilir. Bizə F-35 təyyarələri vəd etdilər, lakin sözlərini tutmadılar. Baxmayaraq ki, biz təxminən 1 milyard 400 milyon dollar ödəmişik. Təyyarə yoxdur, pul da qaytarılmayıb” - o bildirib.
Ərdoğan Türkiyənin hər zaman sözünü tutduğuna və tərəfdaşlarından da bunu gözlədiyinə diqqət çəkib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş