Sizin reklam burada
Sizin reklam burada

“Reyxin vətəndaşları” hərəkatı üzvlərinin sayı 23 min nəfərə çatıb

“Reyxin vətəndaşları” hərəkatı üzvlərinin sayı 23 min nəfərə çatıb
Almaniyada sağçı “Reyxin vətəndaşları” hərəkatı üzvlərinin sayı son bir ildə 2 min nəfər artaraq 23 min nəfərə çatıb.
Onların 10%-nin zorakılığa meylli olduğu bildirilib.
Bu barədə bazar günü Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazir Nensi Fezerin sözlərinə görə, hərəkatın tərəfdarları 2022-ci ildə 239 cinayət törədiblər.
Onun sözlərinə görə, cinayət törədənlərin hamısı təcridxanalardadır. Hərəkat üzvlərinin bir çoxunun silah daşıma icazəsi var. Lakin bu sənədlər ləğv edilməlidir.
Qeyd edək ki, “Reyxin vətəndaşları” hərəkatı 1980-ci illərdə yaranıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ