Sizin reklam burada
Sizin reklam burada

Əmr yoxsa göstəriş? - Seçimini et…

Əmr yoxsa göstəriş? - Seçimini et…Türkiyə Suriyanın qonşusu, yoxsa düşməni olmaq istədiyini seçməlidir. Türkiyə qonşu olmağı seçsə, bunun üçün bir həll yolu var. Adana razılaşması hər iki ölkənin sərhədlərinin təhlükəsizliyinə zəmanət verir.

Bu sözləri Suriyanın Xarici İşlər naziri Vəlid Müəllim deyib.

“Ancaq suriyalıların geri dönməsi və onları təhlükəsiz bölgələrə yerləşdirməklə bağlı fikirlər yanlış iddialardır. Ərdoğan suriyalıları geri qaytarmaq istəyirsə Suriya hökuməti ilə koordinasiyalı şəkildə çalışmalıdır. Beynəlxalq hüquqa zidd şəkildə müəyyən bir ərazidə etnik təmizləmə arxasınca düşməməliyik. Təhlükəsizlik bölgəsi Ərdoğanın Türkiyə sərhədinin təhlükəsizliyini təmin etmək iddiası ilə yaradıldı. Mən də qonşu ölkənin bir hissəsini işğal etməklə bunun mümkün olmadığını söylədim”, - Müəllim bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ