Sizin reklam burada
Sizin reklam burada

Əsgərlikdən təxris edilən köçkünün işində ikitirəlik: “Pensiya verilmir” - Video

Əsgərlikdən təxris edilən köçkünün işində ikitirəlik: “Pensiya verilmir” - Video“Pensiya verilmir”
Ağdamın “DördYol 1” qəsəbəsində məskunlaşan məcburi köçkün Nəcəfov Vüqar Habil oğlunun başına qəribə iş gəlib. O, indi iki yol arasında qalıb.

Sensasiya TV-nin efirinə danışan V.Nəcəfovun sözlərinə görə, hərbi xidmət zamanı xəstəliyə düçar olub: “Məni xəstəliyimlə əlaqədar təxris elədilər. Amma indiyə kimi pensiya kəsilməyib.

Mən 7 ay əsgərlikdə olmuşam. Hərbi hospitalda belimdə skerlyoz aşkarlandı. Təkid elədim ki, hərbini davam etdirmək istəyirəm, arzularım var, orduda, polisdə işləmək istəyirəm, amma təxris elədilər, bu vəziyyətdə xidmət göstərə bilməzsən.

Sonra həkimə getdim, onurğa sütununda skerlyoz olduğumu dedim. Məni müayinə elədilər və dedilər ki, səndə heç bir xəstəlik yoxdur. Hərbi komissarlığa deyirəm ki, xəstəliyim yoxdur, məni əsgərliyə göndərin.

Deyirlər ki, olmaz, Ağdam “VTEK” də baxıb ki, sənə pensiya düşmür. Bəs onda niyə əsgərlikdən təxris ediblər?

Həkimlər mənə nə xəstəlik kağızı verirlər, nə də əsgərliyə qoyurlar. Ya mənə təzminat verilsin, ya da pensiya təyin olunsun.

Hərbi komissarlıq deyir ki, xəstəliyim varsa, pensiyam niyə təyin olunmur. Həkim də bildirir ki, sənin dərəcənə pensiya düşmür”.

V.Nəcəfov gərək təəccüblənməsin. Çünki səhiyyə naziri Oqtay Şirəliyevin səhiyyəsi bu gündədir. Gənc əsgər vətəni qorumağa hazırdı, amma orduya buraxılmır, xəstə olduğu deyilir.

Madam ki xəstədir, ona pensiya kəsilməlidir. Sadəcə, məmur süründürməçiliyi ucbatından bu ikitirəlik yaranıb və V.Nəcəfov özü də hara müraciət edəcəyini artıq bilmir.

O, cavabdeh qurumların səlahiyyətli şəxslərindən xahiş edir ki, məsələsinə baxılsın. Görünür, onun rüşvət verməyə pulu yoxdur deyə nə xəstəliyi barədə düzgün diaqnoz qoyulur, nə pensiya məsələsi həllini tapır.

Vüqar gəncdir, həyatı qabaqdadır, planları var və onu təcrid edərək hərbi xidmətə yararsız biri kimi təxris ediblər, əvəzində təzminatı da ödənilmir.

Bu məsələ Vüqarın iş tapmasında, dövlət qulluğuna qəbul olunmasında ciddi problem yaradacaq. Məmurlar yalnız ciblərini düşünürlər deyə belədir.


Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ