Sizin reklam burada
Sizin reklam burada

” Hacıqabulda Köməkçi Və Sürücü Özbaşınalığı

” Hacıqabulda Köməkçi Və Sürücü ÖzbaşınalığıHacıqabul rayonunun icra başçısı Əhməd Muxtarovun yaratdığı vəziyyət insanları təngə gətirib. Özbaşınalıq, korrupsiya və məmurların vətəndaşlara qarşı hörmətsiz davranması səbəbindən dəfələrlə narazılıqlar yaransa da, nəinki bunların qarşısı alınıb, əksinə, 10 ildən artıqdır ki, rayona rəhbərlik edən Muxtarov tam bir nəzarətsizlik mühiti yaradıb.

Xəbəral.az saytı xəbər verir ki, ölkə başçısı İlham Əliyev sahibkarlara dəstək verilməsinin vacibliyini dəfələrlə vurğulasa da, Muxtarov bu tapşırıqları gözardı edir. Görünür elə bu yarıtmaz idarəçiliyin nəticəsidir ki, Hacıqabul sosial-iqtisadi inkişaf göstəricilərinə görə digər ətraf rayonlardan geri qalır, burada işsizliyin səviyyəsi yüksək, əhalinin məşğulluğu və sosial müdafiəsi isə çox aşağı səviyyədədir.
Bu öz yerində, indi isə Hacıqabul RİH başçısının daha bir qazanc mənbəyi haqda məlumat verək.
Hacıqabul rayonundan ola sahibkarların problemləri hər zaman boydan olub. Amma bəlli səbəblər üzündən həmin problemlər çox zaman qabardılmayıb, həmişə belə bir ümid olub ki, hər şey yaxşı olacaq. Ancaq ötən illər “hər şey yaxşı” olacaq təsəllisinin işə yaramadığını təsdiqləyib. Prezident İlham Əliyevin sahibkarların sıxışdırılması ilə bağlı yerli icra hakimiyyətlərini tənqid etməsi isə bizdə həmin ümidlərin yenidən cücərməsinə səbəb olub”.
Son illər dövlət büdcəsindən “Regonların iqtisadi inkişafı proqramı” çərçivəsində ən çox maliyyə vəsaiti ayrılan rayonlardan biri də Hacıqabuldur. Bu rayonun iqtisadi inkişafı əsasən sənaye və kənd təsərrüfatı sahələri üzrə olsa da, ortada ciddi bir nəticə yoxdur”.
İllərdir ki, Hacıqabulun icra başçısı Əhməd Muxtarovun həmin vəsaiti hara xərclədiyini özündən başqa bilən yoxdur. Düzdür, bununla bağlı Maliyyə Nazirliyinə guya pulun filan problemin həllinə səfərbər edilməsi haqda yalançı hesabatlar göndərilir, amma hatta səthi yoxlama belə bu hesabatların saxtalığını ortaya çıxartmağa yetərli ola bilər. Qeyd edıək ki, Hacıqabul rayonunun 68 min əhalisi var, Əhməd Muxtarov isə 13 ildir ki, adıçəkilən rayonun icra başçısıdır. Onun bu illər ərzində təkcə bu maxinasiyadan nə qədər qazandığını isə 3-cü sinif şagirdi də hesablaya bilər.
Xəbəral.az saytına verilən məlumata görə Hacıqabul rayon icra başçısı Əhməd Muxtarovu icra hakimiyyətində tapmaq müşkülə çevrilib,hətta qəbul günləri belə vətəndaşları başçının köməkçisi və ya sürücüsü qəbul edir.
Araşdırmamız davam edir.
Qarşı tərəfi dinləyib mövqeylərini dərc etməyə hazırıq


Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ