Sizin reklam burada
Sizin reklam burada

“VEYSƏLOĞLU” ŞİRKƏTİ İYLƏNMİŞ QİDALAR SATIR —FOTO

“VEYSƏLOĞLU” ŞİRKƏTİ İYLƏNMİŞ QİDALAR SATIR —FOTO“Veysəloğlu” şirkətinə məxsus obyektlərdə xarab olmuş yeməklər satılır.

Məlumata görə, məlum hadisə sözügedən şirkətə məxsus Səbail rayonu, Bünyad Sərdarov küçəsindəki “Spar” marketlər şəbəkəsində qeydə alınıb.

Belə ki, həmin mağazadan qızardılmış kartof alan müştəri onu yeyərkən iylənmiş tam və qoxu hiss edib.

Yeməyi mağazaya geri qaytaran müştəri, həmin qidanın piştaxtadan yığlışdırılmasını tələb edib. Mağazanın administratoru əvvəlcə köhnəlmiş məhsul satmadıqlarını iddia etsə də, qidanı qoxladıqdan sonra malın satışdan çıxarılması barədə göstəriş verib.
Xatırladaq ki, son zamanlar bu şirkətə məxsus mağazalarda satışa çıxarılan məhsulların istehsal tarixi ilə bağlı ziddiyyətli foto və məlumatlar yayılır. Bir neçə gün öncə də “Veysəloğlu” şirkətinə məxsus OBA marketlər şəbəkəsində satışa çıxarılan yumurtaların istehsal tarixi ilə bağlı saxtakarlıq aşkarlanmışdı.
Həmçinin şirkətdə aparılan yoxalamalar zamanı da küllli miqdarda vergidən yayınma faktları üzə çıxıb və Vergilər Nazirliyi tərəfindən 2 milyon manat cərimə olunub.(repost.az)


Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ