BŞBTİ İNSPEKTORUNU ANASINI TƏFTİŞ ETMƏYƏ GÖNDƏRİB.
Paytaxtın Suraxanı rayonundakı 275 saylı orta məktəbdə baş verən neqativ hallar barədə dərc etdiyimiz məqalələrin oxucularımız tərəfindən son dərəcədə diqqətlə izlənilməsi belə nəticəyə gəlməyə əsas verir ki, cəmiyyət sanki sözügedən təhsil müəssisəsini təhsilimizdəki bütün problemlərin «ucu itmiş kələfi», məktəbin direktoru Fəridə Şərifovanı isə korrupsiyaya qurşanmış bütün təhsil məmurlarının ümumiləşdirilmiş obrazı kimi qəbul edir. Şübhə yoxdur ki, bu kələfin çözülməsi bütün tərəqqipərvər təhsil ictimaiyyətinin qələbəsi kimi qarşılayacaq, şəxsi maraqlarını təmin etmək naminə yetişməkdə olan nəslin gələcəyini kor qoymağa belə hazır olan şər qüvvələrin isə məğlubiyyəti qədər önəmli qəbul ediləcək. Üç gün öncə məktəbə geniş tərkibdə — 5 nəfərdən ibarət təftiş komissiyası gəlib və elə birinci iş günündə səhər saat 10-dan axşam saat 17-yə kimi gərgin iş aparıb. Etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, Fəridə Şərifovanın vəzifədən getməsi artıq yaxın günlərin məsələsidir. Çünki passivində şiddətli töhmət olan direktorun və ətrafında formalaşdırdığı «çete»nin qanunsuz əməllərindən edilən şikayətlərin hədsiz çoxluğu rəhbərliyin özünü qınaq obyektinə çevirməkdədir. Şikayətçilər isə həm qrup halında valideynlər, həm də haqları tapdalanan, hüquqları pozulan tərəqqipərvər müəllimlərdir. Ancaq narahatlıq doğuran məqam budur ki, komissiyanın tərkibində Fəridə Şərifovanın «çete» üzvlərinə doğma adlar vardır. Məhz həmin səbəbdəndir ki, komissiyanın özündən əvvəl gələcəyi xəbəri məktəb rəhbərliyinə yetişib. Götürək elə direktor müavini Ayşə Məmmədovanın oğlu Rüfət Məmmədovu. Adam Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Daxili nəzarət şöbəsində işləyir. Bu vəzifə kürsüsü ona atası Allahverdi müəllimdən miras qalıb. O Allahverdi müəllim ki, həyat yoldaşı Ayşa müəlliməyə qahmar çıxıb «Dəryaz»dan Mətbuat Şurasına şikayət etmişdi. Vəzifədə olarkən 275 saylı məktəbə havadarlıq edirdi. İndi həm vəzifəsini, həm də hamilik missiyasını oğluna ötürüb. İndi də gəl inan ki, komissiya üzvü olan oğul gəlib anasının işlərini obyektiv yoxlayacaq. Ay hay! Axşam ikən Rüfət bəy anasına, o da öz növbəsində direktoruna hay salıb ki, yoxlama gəlir. Gecə ilə bütün 10 və 11- ci sinif rəhbərlərinə zəng olunub və sabah üçün təcili uşaqların məktəbə çağırılması tapşırığı verilib. Həmişəki qaydada şagirdlərə zəng vurulub məktəbə çağırıblar ki, həmin gün gəlib dərsdə iştirak etsinlər. Adi vaxtlarda isə yuxarı siniflərdə dərs vaxtı vur-tut eyni iki-üç şagird olur. Əlbəttə, bəzi laqeyd uşaqlar var ki, komissiya hay-harayına da əhəmiyyət vermir və məktəbə gəlmirlər.10 b,10 a və 10 d sinif şagirdlərinin yarısı sinifdə olmayıb. Müəllimlər özlərini tamamilə itirib və pərt vəziyyətdə qalıblar. Saat 10 tamama — komissiya gələnə kimi yazılmayan jurnallar təcili yazılır, qaiblər qoyulur. Mənbə bildirir ki, komissiyanın möhtərəm üzvü Nazim müəllimə məktəbin müəllimlərindən birinin dərs vaxtı sinifdə «atlasnı» kartla oynadığını, şagirdlərin isə şkafın üstünə çıxıb nadinclik etdiklərini əks etdirən telefonla çəkilmiş video-görüntülər nümayiş etdirilib və təklif olunub ki, budəfəki komissiya məsələni «ya üzsün, ya da düzsün». Deyilir ki, Nazim müəllim masaya yatırılan bu faktlar qarşısında aciz qalıb.
IMG-20180427-WA0000
Komissiyanın gəlişindən həyəcana düşən direktor müavini Bağdad Ağayeva təcili olaraq adları başqa siniflərdə lakin özləri başqa siniflərdə oturan şagirdləri əsas yerlərinə aparıb. Ötən məqalələrimizdə qeyd etdiyimiz kimi, Bağdad Ağayeva və Fəridə Şərifova adlarına yazılan dərsləri keçmirlər. Bütün güc sinif müəlliminə düşdüyü halda əmək haqqını Fəridə Şərifova və Bağdad Ağayeva özləri alır. Komissiya gələn kimi Bağdad müəllimə 4 e sinfinin rəhbəri Natella Quliyevanın sinfindəki şagirdləri öyrədir ki, soruşsalar direktorun onlara texnologiya dərsi keçdiyini desinlər. Məktəbə yeni təyin olunan təşkilati işlər üzrə direktor müavini Yaqut müəllimə də artıq Fəridə Şərifovanın yarıtmaz idarəçilik siyasətinə qoşulmaq məcburiyyətində qalıb. Yeni müavin istəyir ki, hər gün saat 12 tamamdan sərbəst buraxılması tapşırılan şagirdləri evə buraxmayıb qanuni işləsin. Lakin Fəridə xanım onu yanına çağırıb başa salıb ki, o əgər bu qayda ilə işləsə, 10 və 11-ci sinifləri bağlanar, uşaq qalmaz məktəbdə. Adının çəkilməsini istəməyən 10 — cu sinif şagirdinin verdiyi məlumata görə, direktorun bu izahatını nəzərə alan Yaqut müəllimə də qapıda dayanıb bir -bir «10-cular»a, «11 — cilər»ə deyir ki, «narahat olmayın, sizi 12:00 — da evə buraxacam, Fəridə xanım sizi tapşırıb, təki siz heç olmasa, saat 12-yə qədər məktəbdə olun, mənim işimdə nöqsan olmasın». Redaksiyamıza anonim məlumat verən ibtidai sinif müəllimi dəfələrlə bildirib ki, Bağdad Ağayeva müəllimlərlə kobud rəftar edir. Kim onun otağına söz demək üçün girirsə, Bağdad Ağayeva üstünə qışqırır, acılayır. Lakin hansı müəllim ki, onu hər bayramda «görür», həmin müəllimlə xoş rəftar edir, şirin dillə qarşılayır. 8 mart — Beynəlxalq Qadınlar Günü yaxınlaşır. Məktəbin hər 3 direktor müavini — Bağdad Ağayeva, Günay Camalova, Ayşə Məmmədova müəllimləri acılayır, kobud rəftar edirlər. Dərslərinə nəzarəti artırırlar. Bayramqabağı bu bir adətdir məktəbdə. Yazıq müəllimlər də məcbur qalıb boğazlarından kəsib onlara bayram sovqatı verirlər ki, təki işlərinə qarışan olmasın. Artıq Bağdad Ağayeva sinif müəllimlərinə elan edib ki, 8 martda siniflərdən pulu elə xəlvət yığın ki, sorağı «Dəryaz»a çatmasın: «Hər valideyndən pul almayın, səsinizi yazarlar, «Dəryaz»a verərlər». Mənbə həmçinin bildirir ki, yoxlama komissiyasının daha bir mötəbər üzvü Elməddin müəllim nədənsə bircə özünü bəy kimi aparan texniki işçi Şamxal Xanməmmədovu sorğu — suala tutmayıb: «Yəqin Şamxal müəllim uşaqları buraxdırdıgı idman zalının qapısının açarını itirib. Tapa bilməyiblər ki, oranın yolunu da yoxlasınlar… Laborant Leyla Əliyevanın qanı lap qara idi. Çünki onun haqqında idarəyə dəfələrlə şikayət daxil olub. Fəridə xanım onu pul məsələrinə şərik edib. Hazırlıq kurslarının pullarını toplayır, tez-tez xarab olan kserokopiya aparatı üçün hər ay sinif rəhbərlərindən 5 manat məcburi pul yığır. Dəfələrlə geri çəkilmək istəyib, lakin direktor razı olmayıb, deyib ki, «səndən başqa heç bir güvəndiyim laborant yoxdu pul işində». Leyla Əliyeva da məcbur qalıb işinin xətrinə onun əməllərinə şərik olur…» 10 f sinfində davamiyyəti yoxlayan Elməddin müəllim bir anda şoka düşüb. Sinif nümayəndəsindən şagirdlər haqqında məlumat alanda «sinifkom» etiraf edib ki, bu sinifdəki jurnal üzrə olan şagirdlərdən 10 nəfərin üzünü heç görməyib, onların ayaqları məktəbə dəymir. Komissiyadan sonra şagirdin üstünə hücüm edən sinif rəhbəri Könül Əliyeva şagirdə deyib ki, «sənin nəyinə lazımdır kim gəlir kim gəlmir, sakit otur yerində, bizi biabır etdin». Bütün laborantları təcili olaraq laboratoriya otaqlarına yerləşdiriblər. Guya bunlar elə hər gün bu otaqlarda otururlar. Nurlana xanım kimi oturub otağında TİMS proqramı üçün hər şagirddən 10 manat gözlədiyi halda, onu da narahat edib koridorlara salıblar. TİMS proqramını saat 1 — ə kimi işləyib sonra evə qaçan, amma tam ştat texniki işçi maaşını alan Nurlana xanım haqqında görək bu komissiya nə ölçü götürəcək. «Məktəbin direktoru həmçinin bufetçi Nəcibə xanıma da xüsusi şərait yaradıb. Gələn yoxlama hətta mayonezin şəklini çəkib apardı. Nəcibə artıq bufeti öz həyat yoldaşı ilə birgə işlədir. Direktordan gizli arxa qapidan girən həyat yoldaşı da ona kömək edir. Valideynlər dəfələrlə şahid olublar ki, bişirilən peroşkiləri Nəcibənin əri çevirir. «11 — lər»in valideynləri Nəcibəyə «hörmət» ediblər ki, uşaqların bufetin arxa otağından qaçmasına şərait yaratsın. Xüsusilə rus bölməsinin müəllimləri üçün sifarişlə dovğa bişirilir. Qarşıdan gələn Novruz bayramı münasibətilə şəkərbura, paxlava üçün artıq bir neçə müəllim sifarişi indidən verib. Hər ay 50 manat direktora aylıq verən Nəcibə xanım sanki bufetin ağasıdır. Bufet 5 f və 4 b sinif valideynlərindən 4-5 nəfəri üçün öz evlərinin mətbəxinə çevirilib. Hətta evdən yemək gətirib orda uşaqlarını gözləyənə kimi isidir, yeyib — içirlər. Digər xadimələr Roman müəllim gələndə arxa otaqda gizlənirlər ki, onları görməsin. Valideynlər şikayət edir ki, pizzaların üstünə 1-2 tikə qoyulan kolbasalar mağaza qiymətindən də baha satılır. Həmişəki kimi peroşki köhnə, neçə gündən qalan yağlarda qızardılır. Bunları bilə — bilə Fəridə xanım bufetdən aldığı 50 manat aylığa görə göz yumur. Bufetin arxa otağında sifarişlə hazırladığı turşu bankaları, mürəbbələr Roman müəllimdən gizlədilir. Bəlkə də gizlədilmir, ona da «hörmət» olunur». Texniki işçilərdən də komissya izahat alıb: «Onları da Roman müəllim əvvəlcədən öyrədir ki, qorxmayın, nə istəsəz uydurub danışa bilərsiz. Bacardığınız qədər Fəridə xanımı və məni tərifləyin. Bagdad Ağayeva Quliyeva Natellanı cagırıb basa salıb ki, usaqları öyrətsin, yoxlama soruşsa, onlara «həyat bilgisi» və «informatika» dərsini direktorun keçdiyini desinlər. Uşaqlar da «eləmə tənbəllik» məzələniblər. 8 oglan, 2 qız Natella müəlliməyə deyiblər ki, direktorun heç qapıdan içəri girmədiyini, dərsdə üzünü belə görmədiklərini deyəcəklər. Natella müəllimə də söz altda qalmayıb, onlara barmaq silkələyib: «Gözünüzü çıxardaram, kəsin səsinizi, sizə nə deyirəm onu deyin!» Mənbə onu da bildirir ki, Fəridə Şərifova komissiyanın gələcəyini bilcək, Xədicə İsayevaya məktəbə gəlməmək tapşırığını verib, çünki ondan şikayət çoxdur, komissiyaya izahat verməli olacaqdı. Məlumata görə, komissiya üzvlərindən Rüfət müəllim fürsət tapıb anası Ayşə müəllimənın otağına gəlib və deyib: «Mama, jurnallarda çox səhv var. Niyə bu qədər nəzarətsiz buraxmısan sinif rəhbərlərini? Sənə töhmət vermək istəyirlər. Tapşırılan o qədər uşaqlarınız var ki, gəlməyiblər, adları var özləri yoxdur. Amma narahat olma, tapşırmışam. Qoymaram versinlər. Yəqin mənim xətrimə keçərlər». Hərbi hazırlıq rəhbəri Coşqun müəllimin də saxta jurnal yazdığı aşkarlanıb. Buna görə də komissiya ona izahat yazdırıb və töhmət verdi. Təftişçilər zarafatlarından da qalmayıblar, Ayişə Məmmədovaya deyiblər ki, «burnumuza təzə töhmət iyi gəlir». Aldığımız informasiyaya görə, direktorla birgə özlərinin də sonlarının gələcəyini, ifşa olunacaqlarını yaxşı anlayan çete üzvləri preventiv tədbir alıblar: «Dəryaz» qəzeti barədə Mətbuat Şurasına şikayət etməyi qərarlaşdırıblar. Bu qərara əlbəttə ki, direktorun sədrlik etdiyi son iclasda gəliblər. Bildirilir ki, MŞ-na ünvanlanacaq ərizəyə ilkin olaraq adları daimi oxucularımıza məlum məktəb həmkarlar komitəsinin sədri Şahab İsayev, direktor müavinləri Ayşa Məmmədova və Bağdad Ağayeva, müəllimlərdən Natella Musayeva, Pərvanə Əzizova, Mehparə Surxayeva, Aybəniz Vəliyeva, laborant Leyla Əliyeva, texniki işçi Şamxal Xanməmmədov və ötən məqalələrimizdə tənqidimizə tuş gələn başqaları imza atıblar. Digərlərinə də imza etmələri üçün təzyiqlər göstərilir. Görünür, Şahab İsayev məhkəmə müstəvisində çəkişməni bizə uduzduğunu, gəlini Xədicə İsayevanın da töhmət aldığını tez unudub. Yaxud da, məğlubiyyətə alışdığından, onu bir daha dadmaq istəyir. Bütün bunlar əlbəttə ki, məktəb rəhbərliyindən, BŞTİ-indən, TN-dən «Dəryaz» qəzetinin və onun timsalında müstəqil KİV-in informasiya ala bilməməsinin, Nazirliyin sözçüsünün KİV-ə informasiya vermək üçün guya Mətbuat Şurası ilə məsləhətləşməyi vacib hesab etməsinin, bununla da bir mənbə kimi öz etibarlılıqlarını itirmələrinin məntiqi nəticəsidir. Demə daha etibarlı mənbə incidilmiş müəllimlər, dərs keçilməyən şagirdlər və övladları kor qoyulan valideynlər imiş!..
Məqalədə adları keçən hər bir kəsin mövqeyini dərc etməyə hazırıq.
Direktor Fəridə xanım Şərifova isə suallarımıza aydınlıq gətirməsi üçün belə bir səlahiyyətinin olmadığını dilə gətirərək ona verilən suallardan yayındı.
Gələn sayımızda qızların dərs zamanı «lezva»lama əməliyyatı.
Mövzunu davam etdirəcəyik.(Dəryaz)
Conflict.az