ABŞ-ın yeni seçilmiş prezidentinin əsas tərəfdarlarından sayılan keşiş Coel Tenni Ermənistanla münasibətlərin gücləndirilməsi ilə bağlı mövqe tutacağını bildirib.
Tenni hər kəsi Trampın inauqurasiyasını gözləməyə çağırıb.
“Mən rəsmən üzərimə ABŞ-la Ermənistan arasında münasibətlərin inkişafı rolunu götürəcəm. Əlavə məlumatları inauqurasiyadan sonra verəcəm”.
Tenni həmçinin bu sözlərinin ona vəzifə verilib-verilmədiyi mənasına gəldiyini də açıqlamaqdan imtina edib.
Qeyd edək ki, Tenni Yevangilist kilsəsinin üzvlərindən sayılır. Mühafizəkar baxışları ilə seçilir və dəfələrlə erməniləri müdafiə edən açıqlamalar verib. O həmçinin Bayden hökumətini Azərbaycanı silahlandırmaqda ittiham edib.
Conflict.az