Avropa Komissiyasının sədri Ursula fon der Leyen Donald Trampa Rusiyanın sıxılmış qazını ABŞ qazı ilə əvəz etməyi təklif edib.
O, Avropanın Rusiyadan böyük həcmdə sıxılmış qaz aldığını söyləyib.
“Axı niyə ABŞ-dan sıxılmış qaz almayaq? Bu, daha ucuzdur və enerji daşıyıcılarımız üçün qiyməti azaldır”, – o bildirib.
Leyen həmçinin Brüssellə Vaşinqtonun ümumi dəyərlər ətrafında qarşılıqlı fəaliyyətlərinin önəmli olduğunu deyib.
Qeyd edək ki, Leyenlə Tramp arasında noyabrın 7-də telefon danışığı olub.
Hazırda AB qaz ehtiyacının 15%-ni Rusiyadan alır. 2021-ci ildə bu göstərici 45% idi.
Conflict.az