Tramp Vladimir Putinlə Ukraynadakı müharibənin bitməsi barədə razılaşa bilər.
Bunu Çexiya Prezidenti Pyotr Pavel deyib.
Onun sözlərinə görə, bu razılaşma Ukrayna və Avropanın maraqlarına uyğun olmayacaq. Pavel deyib ki, Qərbin Ukraynaya köməyi yetərli qədər sürətli olmayıb, buna görə də ukraynalılar uduzurlar:
“Bu daha az politkorrektə olacaq, amma mən yenə də deyəcəm. Lap əvvəl biz yetərli iş görmədik. Cəmi bir neçə dövlət – mən fəxr edirəm ki, aralarında Çexiya da var idi – Ukraynanı hər cür silahlar təmin etdilər. Lakin hərbi dəstəyin başlanması kifayət qədər ləng idi və düzün desəm, bu ləng yardım Rusiyaya Ukraynada irəliləməyə kömək etdi. Qərbin maliyyə və hərbi dəstəyi Ukraynanın qələbəsi üçün yetərli deyildi. Nəticədə cəbhədə situasiya dalana dirəndi, amma indi Rusiyanın xeyrinə dəyişir”.
Conflict.az