Sizin reklam burada
Sizin reklam burada

Tramp: Miqrantların kütləvi deportasiyası ilə bağlı verdiyim vədi yerinə yetirməkdən başqa yolum yoxdur

Tramp: Miqrantların kütləvi deportasiyası ilə bağlı verdiyim vədi yerinə yetirməkdən başqa yolum yoxdur
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası Ağ Evin hazırkı rəhbəri Co Baydenin administrasiyasının iki miqrasiya proqramını bağlaya bilər. Bundan sonra 1,3 milyondan çox qanuni miqrant ölkədən deportasiya olunacaq.
Bu barədə mənbələrə istinadən "NBC News" məlumat yayıb.
Bu nəticə ona görə mümkündür ki, bu miqrantlar ABŞ-a qanuni yolla daxil olublar, lakin hələ də sığınacaq almayıblar.
Mənbələrin sözlərinə görə, ilk olaraq təhdid yaradan insanlar deportasiya oluna bilər. Bunlara Amerika torpaqlarında və hərbi yaşda olan Çin yerliləri də daxil ola bilər.
Noyabrın 8-də Tramp NBC telekanalında bildirib ki, miqrantların kütləvi deportasiyası ilə bağlı seçki kampaniyası zamanı verdiyi vədi yerinə yetirməkdən başqa yolu yoxdur.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Tramp seçkilərdə 295 səs toplayıb .
ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20- də baş tutacaq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ