Sizin reklam burada
Sizin reklam burada

"Ermənistanda hakimiyyətin qərbyönlü qanadında dərin sərsəmlik yaranıb”

"Ermənistanda hakimiyyətin qərbyönlü qanadında dərin sərsəmlik yaranıb”
“Donald Trampın seçkidə qalib gəlməsi Ermənistanda hakimiyyətin qərbyönlü qanadında dərin sərsəmlik yaradıb”.
Bu iddia ilə erməni ekspert Arman Abovyan çıxış edib.
“Nikol Paşinyan Demokrat Partiyasını dəstəkləyərək, respublikaçılara məhəl qoymurdu və bununla diplomatik paritetin bütün sərhədlərini keçirdi. ABŞ-ın Ermənistandakı səfiri Lilit Makunç praktik olaraq Demokrat Partiyanın bütün tədbirlərinin daimi qonağı idi. Aydındır ki, Makunts özbaşına hərəkət etməyib, bu, Ermənistan hökumətinin Amerikadakı siyasi xətti olub.
Hadisələrin inkişafı göstərdi ki, sözügedən siyasət tam uğursuzluğa düçar oldu. Unutmayaq ki, məhz Trampın dönəmində Ermənistanda Trampın və Boltonun komandanlığı ilə dağıdıcı proseslərə start verilib. Ermənistan indi ABŞ-Rusiya münasibətlərinin yaxınlaşması ehtimalından öz maraqları üçün istifadə etməlidir”, – o bildirib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ