Sizin reklam burada
Sizin reklam burada

İcra başçısı ilə Ramin Əhmədov “Neolit” restoranını tam ələ keçirtdilər

İcra başçısı ilə Ramin Əhmədov “Neolit” restoranını tam ələ keçirtdilərArif Qasımovun yeni şəriki yaşıllıqları məhv etməklə milyonlar qazanan YAP Nizami təşkilatının sədr müavini Ramin Əhmədovdur

Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov restoran biznesinə başlaması ilə bağlı 2 il öncə ölkə mətbuatında məlumat yayılmışdı. BakiPost.az saytının (https://www.bakupost.az/icra-bascisi-neoliti-aldi-restoran-biznesi/) yaydığı həmin xəbərdə xəbərdə qeyd edilirdi ki, Arif Qasımov rəhbərlik etdiyi rayon ərazisində bir sıra iri obyektlərə sahiblənib, eləcə də bir-neçə restoran alıb. Onların içərisində məşhur “Neolit” sarayının olduğu da bildirilir. Məlumata görə, icra başçısı bu sarayı tam almayıb, ona şərik olub. Və bu şəriklikdən sonra sarayın arxa tərəfində böyük, dəbdəbəli bir korpus tikdirməyə başlayıb.
İcra başçısı ilə Ramin Əhmədov “Neolit” restoranını tam ələ keçirtdilər
AzToday.az-a daxil olan məlumata görə “Neolit” restoranını Arif Qasımovda olmayan hissəsi də icra başçısının yaxın adamı təərfindən satın alınıb. Restoranı alan şəxs, Nizami rayon YAP təşkilatının sədr müavini, yaşıllıqları məhv edib müxtəlif obyektlər tikən və bu rayonda Arif Qasımovun əsas “makler”i ləqəbini qazanan Ramin Əhmədovdu.
İcra başçısı ilə Ramin Əhmədov “Neolit” restoranını tam ələ keçirtdilər
Ramin Əhmədovun Arif Qasımovla şərik olması o anlama gəlir ki, icra başçısı artıq “Neolit” restoranının tək sahibidir. Çünki Ramin Əhmədov Arif Qasımovun Nizami rayonunda sağ əli və əsas aparıcı “makler”i hesab edilir. Adı çəkilən şəxsin rayonda onlarla obyektə sahib olmasının səbəbkarının Arif Qasımov olduğu deyilir.

Bildirək ki, adı daim mətbuatın gündəmindən düşməyən Ramin Əhmədov artıq Nizami rayon YAP təşkilatının sədri müavinidir. Yəni Arif Qasımovla əl-ələ verib yaşıllıqları məhv edib böyük obyektlər şəbəkəsinə sahiblənən Ramin Babayev artıq siyasət pilləsindədə qalxmağa başlayıb. Onuda qeyd edək ki, iş adamı Ramin Əhmədov bir müddət Milli Məclisin deputatı Fəttah Heydərovun Azərbaycan Ağsaqqallar Şurasında köməkçisi işlədiyi deyilir.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ