Sizin reklam burada
Sizin reklam burada

Şirvanda DYP rəisinin otağına hücum çəkən iş adamının işinə xitam verildi

Şirvanda DYP rəisinin otağına hücum çəkən iş adamının işinə xitam verildiŞirvan Dövlət Yol Polis (DYP) rəisini iş otağında döyən iş adamınının cinayət işinə prokrorluq xitam verib.

AzEuroNews.com xəbər verir ki, Şirvanda DYP rəisi Afət Mirzəyevə polis şöbəsinin inzibati binasında, iş otağında hücum edib təhqir edən və döyən “Rövşən” şadlıq sarayının sahibi İbrahim Həsənovun üzərindən cinayət işi götürülüb. Şirvan Şəhər Prokurorluğunda barəsində xuliqanlıq maddəsi ilə açılan cinayət işinə artıq xitam verilib. Şirvan sakinlərindən saytımıza verilən məluamat görə, İbrahim Həsənov törətdiyi cinayət əməlinin cəzasından azad olunmağına görə əvvəlcə 15 min, sonra 25 min manat verib. Sakinlər iddia edir ki, iş adamı 40 min manat xərclədikdən sonra üzərindəki cinayət işi götürülüb. İddiaların nə qədər doğru olduğu isə, bilinmir.

Mövzu ilə bağlı Şirvan şəhər Prokurorluğu ilə əlaqə yaratmaq cəhdlərimiz isə, heç cürə alınmayıb.

Məlumat üçün qeyd edək ki, ötən il Şirvan Dövlət Yol Polis (DYP) şöbəsi rəisi Afət Mirzəyevin kabinetində insident yaşanıb. Azeuronews.com-un xəbərinə görə, şəhərin “Rövşən” şadlıq evinin sahibi İbrahim DYP rəisinin otağına hücum çəkərək, onunla mübahisə edib. Tərəflərin mübahisəsi böyüyüb və restoran sahibi DYP rəisini yumruqlayıb.

Azeuronews.com hadisənin təfərrüatlarını öyrənib. Şirvandan saytımıza məlumat verən hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri bildirib ki, buna səbəb ötən gün A.Mirzəyevin İbrahimə avtomobilini qadağan olunmuş yerdə saxladığını irad tutması olub. Bu söz onun xoşuna gəlməyib və DYP rəisi ilə küçədə mübahisə edib. Amma əsəbləri soyumayan iş adamı axşam saatlarında DYP rəisinin kabinetinə hücum edib və onu vurub.

İddialara görə, İbrahim həmin an hirsli və içkili olub. Hadisədən sonra onun saxlandıldığı bildirilir. Deyilir ki, restoran sahibi ilə DYP rəisinin əvvəldən dostluq əlaqələri olub. Lakin bu münasibətlər Ukraynanın Truskavets şəhərində düşmənçiliyə çevrilib. Onların arasında şəxsi zəmində mübahisə olub və Şirvana qədər bu konflikt davam edib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ