Sizin reklam burada
Sizin reklam burada

Meşədə ağacdan meyvə yığmaq vəhşilikdir, yoxsa şəhərdə ağacları məhv etmək – FOTOLAR

Meşədə ağacdan meyvə yığmaq vəhşilikdir, yoxsa şəhərdə ağacları məhv etmək – FOTOLARƏfv Komissiyasının üzvü, deputat Elmira Axundova Nazirlər Kabinetinin 1 gün ömrü olan Azərbaycanda meşələrdə bəzi meyvələrin yığılmasının qadağan edilməsi barədə qərarına münasibəti xalq arasında qəzəb doğurub.

AzEuroNews.com xəbər verir ki, Elmira Axundova qərarı təqdir etməklə xalqı faktiki olaraq təhqir edib. Meşələrdən giləmeyvə, meyvə yığıb satmaqla gündəlik çörəkpulu qazanan vətəndaşları vəhşi adlandırmaqla deputat xanım səlahiyyətlərindən çox kənara çıxıb.

Onun dediklərindən: “İnsanlar bəzən meşələrdə bitən ağaclardan meyvə dərən zaman vəhşicəsinə onun budağını kəsirlər, təbiətimizə böyük zərər vururlar. Belə etmək olmaz. Axı meşədə bitən vəhşi meyvələr insanların nəyinə lazımdır? Meyvəni istifadə etmək olar, daha bunu vəhşicəsinə dərmək yolverilməzdir. Mən gözümlə görmüşəm, rayonlara gedəndə yol kənarlarında qoz satırlar. Həmin qozları budaqları ilə bərabər dərirlər. Uşaqlar meşədə bitən qoz ağaclarının üzərinə çıxıb onun budaqlarını kəsirlər, sonra da qozu, fındığı aparıb satırlar. Bir qoz ağacı neçə ilə bar verir. Bunu belə etmək olmaz axı! Ona görə də mən Nazirlər Kabinetinin bu qərarını dəstəkləyirəm”.
Meşədə ağacdan meyvə yığmaq vəhşilikdir, yoxsa şəhərdə ağacları məhv etmək – FOTOLAR
Meşədə ağacdan meyvə yığmaq vəhşilikdir, yoxsa şəhərdə ağacları məhv etmək – FOTOLAR
Meşədə ağacdan meyvə yığmaq vəhşilikdir, yoxsa şəhərdə ağacları məhv etmək – FOTOLAR
Meşədə ağacdan meyvə yığmaq vəhşilikdir, yoxsa şəhərdə ağacları məhv etmək – FOTOLAR
Meşədə ağacdan meyvə yığmaq vəhşilikdir, yoxsa şəhərdə ağacları məhv etmək – FOTOLAR
Elmira Axundova komedik qərarla bağlı fikirlərini davam etdirərək deyib ki, paytaxt Bakıda ağacların qırılması havasızlıq mühiti yaradıb: “İnsanlarımızda təbiətə etinasız münasibət var. Belə davam etsə, bir müddətdən sonra Bakıda hava almaq mümkün olmayacaq. Bu gün Bakıda hava qıtlığı mövcuddur. Bütün bunların səbəbi insanların təbiətə olan mənfi münasibətidir. Axı nə qədər ağac qırmaq olar? Bu gün Bakıda yaşıllıq qalmayıb, ağacları kəsirlər. Nəticədə iqlim də dəyişir. Təbiət bizdən qisas alır”.

Prezident komedik qərarı ləğv edəndən sonra Elmira Axundovanın səsini eşidən olmayıb. İndi isə Elmira Axundovanın “Axı nə qədər ağac qırmaq olar” sualını özünə ünvanlamaqla iki il əvvəl yayılan fakta diqqət edək. Özünü hər yerdə keçmiş prezident Heydər Əliyevin bioqrafı kimi təqdim edən xanım deputatın yaddaşını təzələyək. 2016-cı ilin yanvarında əksər KİV-lərdə “Deputat oğlunun bir neçə milyonluq obyekti üzə çıxdı – Fotolar” sərlöhvəli yazı dərc olunmuşdu. Həmin yazıda deputatın oğlu Həbib Axundovun dəyəri milyonlarla manat olan daha bir obyektinin üzə çıxmasından söhbət gedirdi. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsindəki 5 mərtəbəli obyektin tikintisi zamanı deputat oğlu onlarla ağacı qırıb yerində həmin tikintini aparırdı. Əgər kimsə meşədən meyvə yığıb satırsa, deməli, bunu kefindən etmir, minimal dolanışığını təmin etməyə çalışır. Bu sadə həqiqəti bilməyən deputatın oğlu isə kef çəkmək üçün Bakının ortasında ağacları qırır və anası onun əməllərini görməzdən gəlir.
“Bioqraf” həmin günlərdə oğluna “dur” deyibmi? Axı nə qədər ağac qırmaq olar sualını veribmi? Deputat oğlunun Bakının ortasında vəhşicəsinə onlarla ağacı qırmasının fotoları fakt olaraq ortalıqdadır.

Xanım deputatın fikirlərini də dinləməyə hazırıq…

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ