Sizin reklam burada
Sizin reklam burada

Ramiz Zeynalov ağır tonnajlı maşınların hərəkətinə nə qədər rüsum qoyub?

Ramiz Zeynalov ağır tonnajlı maşınların hərəkətinə nə qədər rüsum qoyub?Bu günlərdə Bakı şəhərində bir neçə yerdə yeni təmir olunmuş yolların çökməsi geniş ictimaiyyətin ciddi narazılığına səbəb oldu. Yol çəkilişinə cavabdeh qurum olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolların çökməsinin səbəbini həmişə olduğu kimi keyfiyyətsiz gördükləri işlərdə deyil başqa qurumlarda görür. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolların altından keçən kommunikasıya xətlərinin bərbada olduğunu onə çəkir,”Azərsu” Açıq Səhmdar Cəmiyyəti isə günahları olmadıqlarını sübut etməyə çalışaraq aidiyyatı orqanları günahlandırır.

Bəs günahkar kimdir? Günahkarın kim olmasından asılı olmayaraq bu yollarda hərə özü üçün qazanc əldə edir. Dövlət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yol çəkmək üçün pul ayırır. Sözügedən qurum isə yollar nə qədər bərbad olsa, bir o qədər çox pul mənimsəyir. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də bu fürsətdən yararlanaraq kanalizasiya xəttlərinin təmirinə pul silir. Bəs ortada daha çox kim qazanır? Bakı şəhər Dövlət Yol Polisi İdarəsi. Səhv oxumursunuz, bu işlərdə yolların bərbad vəziyyətə düşməsində də, ən çox qazanan da məhz Bakı şəhər Dövlət Yol Polisi İdarəsidir.

Aktualinfo.org sözügedən məsələ ilə əlaqədar bir neçə ay öncə bu mövzuya toxunmuş, paytaxt yollarında şütüyən ağırtonnajlı avtomobillərin törətdiklərı fəsadları oxucuların diqqətinə çatdırmışdı. Mövzunun bu gün aktuallığını itirmədiyinin nəzərə alaraq həmin yazını bir daha oxucularla paylaşmaq istərdik.

Azərbaycanda rəsmi iş yerindən başqa hərənin bir başqa gəlir sahəsi var. Bir çox dövlət məmurlarının biznes şəbəkəsi bu gün heç kimə sirr deyil,amma kimin harada,nələri olması bir sirr olaraq qalır. Bu gün sanki hamı pul,var dövlət toplamaq yarışına çıxıb. Qanunların yol vermədiyi hallarda belə bəzi məmurlar pul toplamağa elə yollar tapırlarki, qanun özü də onun qarşısında aciz qalır.

Bu gün gözəl Bakımızın izdihamlı küçələrində sürətlə şütüyən ağır tonnajlı yük maşınları da bəzi insanların gəlir mənbəyinə çevrilib. Burada iş görən fərdlər,sahibkarlar nəzərdə tutulmur. Bu avtomobollərin şəhər daxilində hərəkətindən yararlanan məmurlar nəzərdə tutulur. Belə ki,bir muddət əvvəl sözügedən avtomobollərin şəhər daxilində tıxaca,səs küyə,təhlükəyə,qəzalara səbəb olduğu üçün vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq “Bakı şəhərində nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli Protokolunda 09.03.2016-cı il tarixdə müvafiq dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, paytaxtda nəqliyyat sıxlığının azaldılması məqsədi ilə xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici, həmçinin kənd təsərrüfatı məhsullarını daşıyan bütün növ nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin hərəkəti Bakı şəhərində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:30-dan axşam saat 21:00-dək, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:30-dan axşam saat 20:00-dək məhdudlaşdırılıb.

Amma günün istənilən saatında şəhərin, hətta mərkəzi küçələrində belə, ağırtonnajlı avtomobillərə rast gəlirik. Maraqlıdır, bu avtomobillər hansı şərtlərlə, güzəştlə və ya razılıqla şəhərə buraxılır? Əldə etdiyimiz məlumata görə yük maşınlarının şəhərə daxil olması ilə bağlı həftə içi vaxt məhdudiyyətinin tətbiqi Bakı Şəhər DYP tərəfindən tətbiq edilir. Bəs Bakı Şəhər Dövlət Yol Polisi bunu necə, hansı üsullarla tənzimləyir?

Bunun yolunu Daxili İşlər Naziri Ramil Usubovun ötə ilin sentyabrın 5-də Binəqədi Dövlət Yol Polisi Şöbəsinə rəis təyin etdiyi polis mayoru Mərdan Əliyev vəzifə başına oturar -oturmaz tez tapıb. Qeyd etmək lap yerinə düşərdi ki, Mərdan Əliyev bu vəzifəyə qədər Sumqayıt Şəhər Dövlət Yol Polisi Xidmətində sadəcə bölük komandiri olub. Onun Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun lap yaxın qohumu olduğu bildirilir. Bəs Mərdan Əliyev ağır tonnajlı yük maşınlarının şəhər daxilində hərəkətini necə tənzimləməyi planlaşdırır? Hamıya məlum olduğu kimi Binəqədi rayonunun, əsasəndə kənd Binəqədinin ərazisində onlarla beton zavodları fəaliyyət göstərir.Bu zavodlardan şəhərin mərkəzindəki tikinti sahələrinə beton daşıyan avtomobillərin yolu birbaşa Binəqədi Dövlət Yol Polisi Şöbəsinin qarşısından keçir. Mərdan Əliyev isə avtomobillərin səs-küyündən heç də narazı deyil. Niyə də narazı və yaxud da narahat olsun axı? Redaksiyamıza verilən məlumatlara görə Mərdan Əliyev beton zavodlarının sahiblərini çağıraraq hər avtomobil üçün ayda filan qədər ödəməli olduqlarını bildirib. Bu filan qədər də avtomobillərin sayına vurduqda ayda külli miqdarda vəsait edir. Beton zavod sahibləri məcbur olub Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərova müraciət ediblər. Polis rəsi isə “mənlik deyil, Baş Dövlət Yol Polisi İdarəsi baxır o işlərə” deməklə kyfayətlənib. Görəsən bu məsələdən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun xəbəri varmı? Görəsən Ramiz Zeynalovun xəbəri varmı ki, vəzifə başına oturduğu heç on gün olmayan Mərdan Əliyev nə kimi işlərlə məşguldur. Nazirlər Kabinetinin qərarlarını icra edir, yoxsa Ramiz Zeynalovun qeyri rəsmi göstərişlərini?(Aktualinfo.org)

Qarşı tərəfi dinləməyə hazırıq.

Conflict.az

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ